AZƏRBAYCANDAKI RUSİYA BANKLARI İLƏ BAĞLI ŞOK AÇIQLAMA - “İfşa olunacaqlar”

“Onların müştəriləri ehtiyatlı olsun, xüsusilə ora pul etibar edənlər” 

 ekrem

Məlum olduğu kimi, Mərkəzi Bankın qanunvericilik şöbəsinin keçmiş rəisi, bank işi üzrə ekspert Əkrəm Həsənov Azərbaycanda fəaliyyət göstərən iki Rusiya bankının hədəfindədir və məhkəməyə verilib. Buna səbəb onun Rusiya banklarına əmanət yerləşdirməyin təhlükəli olduğu barədə çıxışlarıdır.

 Azərtaym.az xəbər verir ki, Moderator.az saytına yeni açıqlama verən Əkrəm Həsənov, Rusiya banklarının Azərbaycanda fəaliyyət göstərən fililallarının vəzifəli şəxslərinə qarşı ittihamlar irəli sürüb, gələn həftə ifşaedici məlumatlar açıqlayacağını bildirib. Ekspertin həmin açıqlamasını təqdim edirik:

“Rusiyanın bizdə həmişə iki bankı olub: VTB ve Nikoyl. Əsas VTB-dir. Çünki Rusiyanın ikinci ən böyük bankıdır. Mən 4 il “VTB Azərbaycan” bankının sədr müavini olmuşam. Buna görə də, bu bankın, ümumən rus banklarının necə işləməsinə yaxşı bələdəm.

Əlbəttə, bizim öz banklarımızda da əliəyrilik və özbaşınalıq çoxdur. Amma Rusiya bankları ilə müqayisədə azdır. Əsas səbəb odur ki, Azərbaycanda bu banklara bir qayda olaraq peşəkarlıq və mənəviyyat baxımından ən “xarab” insanlar işə götürülür. Normal kadrlar orada işləyə bilmir. Fikir verin, ölkəmizin heç bir tanınmış bank meneceri bu banklara işə keçməyib son 5-6 ildə. Bu şəraitdə mən və mənim kimi vəkillər bank problemlərindən yazanda, banklara qarşı proseslərdə iştirak edəndə həmin banklardakı natəmiz insanlar təşvişə düşür və öz əyri işlərini ört-basdır etmək üçün qabaqdangəlmişlik edir və vəkillərin özünü məhkəməyə verirlər. Savadları çatmadığından bunun bank üçün ağır nəticələrə səbəb olacağını göz önünə almırlar. Həm də bankın problemi onları heç maraqlandırmır da. Əsas məramları əyri işlərinin gec ifşası və mümkün qədər çox pul mənimsəməkdir. Bizdən qorxduqları üçün neytrallaşdırmaq, vaxt udmaq istəyirlər.

Onların yiyələri Rusiyadadır, çox şeydən bixəbərdilər. Bunlar da istifadə edir. Buna görə də, yerli banklarmızda belə problemlər olmur: yiyələri burdadır, hər şeyə nəzarət edirlər.Gələn həftə VTB ilə bağlı bəzi faktları açıqlayacağam. Onlar da əlimdə olan faktları açıqlayacağımı bildikləri üçün ətrafima hücum edir, Nikoyl isə birbaşa məni məhkəməyə verib. Amma bunların xeyri yoxdur. Bu banklar tam ifşa olunacaq. Onların müştəriləri ehtiyatlı olsun, xüsusilə ora pul etibar edənlər”.

Azərtaym.az






Fikirlər