Energetika naziri: “Tariflər artırılmayacaq“
"Azərbaycanda enerji tariflərinin artırılması ilə bağlı yayılan xəbərlər şayiədir".
"AzerTaym.az" “APA-Economics”ə istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev bildirib.
"Tariflər artırılmayacaq. Biz heç vaxt enerji tarifləri (tariflərin artırılması - red.) məsələsinə baxmamışıq. Heç Tarif Şurası da baxmayıb. Ona görə də, kimsə bunu seçkilərdən öncə ortaya atmaqla bundan istifadə etmək istəyir", - deyə nazir bildirib.