Azərbaycanda çörəyin qiyməti qaldırılır - ZAVOD DİREKTORLARI VƏ HÖKUMƏT RƏSMİLƏRİNİN TOPLANTISI KEÇİRİLDİ
Dünən Azərbaycanda hökumət rəsmiləri və çörək zavodu direktorlarının birgə toplantısı keçirilib. Özəl mənbədən Hurriyyet.az-a daxil olan məlumata görə, toplantıda ölkədə çörəyin qiymətinin qaldırılmasıyla bağlı qərar verilib. Qeyd edilib ki, çörəyin hazırkı satış qiyməti zavodların gəlir əldə etməsini təmin edə bilmir. Bu baxımdan, çörəyin satış qiymətinin qaldırılması ilə bağlı yekdil fikrə gəlinib. QEYD: Mövzu ilə bağlı araşdırmamızdan sonra daha geniş məlumat veriləcək.