FED rəsmilərindən dollar ilə bağlı XƏBƏRDARLIQ: “”Fırtına” mart ayında başlaya bilər”
Sabahdan etibarən xarici dünya ilə əlaqəni kəsəcək FED rəsmiləri, həftə boyu etdiyi çıxışlarda inflyasiya ilə mübarizə üçün mart ayından etibarən faiz artırmağa başlayacaqlarının siqnalını veriblər. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, FED-in siyasi toplantısı 15-16 mart tarixlərində keçiriləcək. Növbəti iclasdan əvvəl açıqlama verən ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmiləri sırasına idarə heyətinin üzvü Lael Brainard da əlavə edilib. Brainard iki illik epidemiya ilə mübarizədən sonra mövcud sıfıra yaxın faiz dərəcələrinin tezliklə qaldırılacağına işarə edib.
Lael Brainard Brainard daha sonra bildirib ki, FED “bu il bir neçə faiz artımını gözləyir”. “Aktiv alışları dayandırıldıqda… biz bunu edə biləcək vəziyyətdə olacağıq” deyən Brainard, mərkəzi bankın mart ayında başa çatacaq aktiv alışlarını dayandırmasına işarə edərək, faiz dərəcələrinin artırılması ehtimalına yol açıb. Brainard FED-in siyasi toplantısının 15-16 mart tarixlərində keçiriləcəyini də açıqlayıb. ABŞ Mərkəzi Bankı Fed-in Çikaqo şöbəsinin sədri Çarlz Evans da dünənki çıxışında mövcud pul siyasətinin inflyasiya ilə mübarizə üçün kifayət etmədiyini, rəsmilərin 2022-ci ildə 25 ballıq üç faiz artımın gözləməsinin inflyasiya ilə mübarizə üçün “yaxşı başlanğıc” olacağını bildirib. Qeyd edək ki, Yanvarın 25-26-da keçiriləcək pul siyasəti iclasından əvvəl prosedurlar səbəbiylə, sabahdan etibarən xarici dünya ilə əlaqəni kəsəcək Fed rəsmiləri bu həftəki çıxışlarında faizlərin mart və dördüncü aydan etibarən artacağına işarə edən ifadələr işlədiblər.
Çarlz Evans