“Qayıdış” Qəhrəmanlara Dəstək sərgisi açıq elan olunub...

“Qayıdış” Qəhrəmanlara Dəstək sərgisi açıq elan olunub

Rəsm sərgisi oktyabrın 31-nə kimi davam edəcək və satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Veysəloğlu Şirkətlər Qrupu, QGallery Rəsm Qalereyasının təşkilatçılığı və “YAŞAT” Fondunun, Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı ilə “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisinin açılış mərasimi olub. Sərgidə ictimai xadimlər, əməkdar rəssamlar, sənətşünaslar və qəhrəmanlara dəstək olmaq istəyən insanlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov sərginin keçirilmə məqsədi barədə məlumat veriblər. Elvin Hüseynov həm Veysəloğlu Şirkətlər Qrupuna, həm də sərgidə iştirak edən rəssamlara təşəkkürünü bildirib.

Ad - 00:05

 

Oktyabrın 26-dan ayın sonuna kimi davam edəcək sərgidə 33 tanınmış və gənc rəssamın ümumilikdə 40 əsəri nümayiş olunur. Rəsm əsərlərinin satışından əldə edilən vəsaitin 70 faizinin “YAŞAT” Fonduna ianə edilməsi, 30 faizinin isə rəsm əsərlərinin müəlliflərinə təqdim edilməsi nəzərdə tutulub. Sərginin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və canından keçmiş hərbçilərə və onların ailələrinə maddi və mənəvi dəstək olmaqdır.

Sərgi günlərində müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış olacaq ziyarətçilər bəyəndikləri əsərləri alaraq qələbəni xalqımıza yaşadan qəhrəmanlarımıza dəstəyi ifadə etmiş olacaqlar.

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin ailələrinə və qazilərə hər zaman xüsusi diqqətlə yanaşır. Şirkətlər Qrupu bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə sovqatlar çatdırır. Cəmiyyət üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfələrindən biridir.

 






 






Fikirlər