SON DƏQİQƏ: 1 DOLLAR 20 LİRƏ oldu ...
Prezident seçkilərinin ikinci turuna iki gün qalmış Türkiyədə dolların qiymətində ciddi artım baş verib. Bu gün birjalarda 1 dollar 20 lirəyə satılıb. Yenisabah.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu, dünənlə müqayisədə 6 lirə çoxdur. Ötən gün 100 dollar 1994 lirə olmuşdu. Qeyd edək ki, türk lirəsinin dəyərdən düşməsi mayın 14-də keçirilən prezident və parlament seçkilərindən sonra bir qədər də güclənib. Belə ki, mayın 14-də 100 dollar birjalarda 1956 lirə olmuşdu. İqtisadçılar prezident seçkilərindən sonra dolların qiymətinin daha da bahalaşacağını proqnozlaşdırırlar. Onların qənaətinə görə, iyun ayında Türkiyədə 100 dollar 2 100 lirədən baha olacaq.