FED dolları vurdu: UCUZLAŞIR
FED-in uçot dərəcəsini artırmamaq barədə fevralın 1-də verdiyi qərardan sonra dolların məzənnəsi aşağı düşməyə başlayb. AzerTaym.az xəbər verir ki, proses Türkiyədə müşahidə edilib. Belə ki, dollar 3.72 lirədən də aşağı satılaraq son 3 həftənin ən böyük ucuzlaşmasını yaşayıb. FED-in bu ilin martındakı iclasda uçot dərəcəsini artıra biləcəyinə dair ehtimalları dünya bazarında dolların məzənnəsinə təsirsiz ötüşməyib. Əgər dünən Türkiyədə dollar 3.78 lirə səviyyyəsində qərərlaşmışdısa, bu gün artıq 3,72-yə düşüb. Avronun məzənnəsində də azalma müşahidə edilib- 4.0197 lirə.