10 ayda mobil operatorlar 1 milyard manata yaxın gəlir əldə ediblər
2023- cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 15,8 faiz artaraq 2 milyard 546,1 milyon manat təşkil etmişdir ki, onun da 73,1 faizi əhali tərəfindən istehlak olunmuşdur. Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. Xidmətlərdən əldə edilən gəlirin 37,6 faizi və ya 957,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.