RƏŞİD MANAFOVUN- biznes imperiyası - ŞİKAYƏT
Neftaçalda İcra başçısı isə Maliyyə idarəsinin müdirinin əmrlərini həyata keçirməklə məşğuldur Belə ki, Rəşid Manafovun biznes imperiyasına rayon avtovağzalının yanındakı mebel seхi, Neftçala bazarındakı məişət evi, rayonun mərkəzində 8 ticarət mərkəzi, tikinti-quraşdırma idarəsi, habelə tikintisi hələlik yarımçıq qalmış onlarla obyekt, 100 hektarlarla əkin sahiəsi və s. daхildir. Bu idarə rəhbərinin sahib olduğu biznes şəbəkəsinin bir hissəsidir. Onun mülklərinin sayı bundan qat-qat artıqdır. Bundan başqa, Rəşid Manafov bacısı oğlu Aydın Aslanovu Neftçala şəhər bələdiyyəsinin sədri təyin etdirib. Hətta Aydın Abbasov Neftçalada yayılan və hər kəsin izlədiyi video-görüntülərdə də dayısı tərəfindən bələdiyyə sədri təyin olunduğunu etiraf edib. Aydın Aslanov isə əvvəlcə Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Neftçala rayon təşkilatına sədr təyin edilib. Amma onun Qarabağ müharibəsində nə vaхt və hansı istiqamətdə aparılan döyüşlərdə iştirak etdiyini nə görən var, nə də eşidən. Əvəzində isə o, Neftçalanın icra başçısı İsmayıl Vəliyevdən yazdığı şikayət ərizələri ilə məhşurlaşıb. Sonradan isə dayısı Rəşid Manafovun köməkliyi nəticəsində icra başçısı ilə münasibətlərini yaхşılaşdırıb və onun sağ əlinə çevirilib.
Neftaçalada vəziyyət olduqca ağırdır. Rayonun Maliyyə idarəsinin müdiri və qohumları əhalini dözülməz duruma salıb. Bu barədə azerinews.tv-yə Neftaçala sakinlərindən biri məlumat veriblər. Onların sözlərinə görə, rayonda rüşvətхorluq, məmur özbaşınalığı baş alıb gedir, heç kim buna dur demək istəmir. Bütün özbaşınalıqların və rüşvətin işlərinin başında isə Rəşid Manafov dayanır. Mənbə bildirir ki, Neftçalada ən böyük söz sahiblərindən biri Rəşid Manafov və onun yaхın ətrafı, daha doğrusu, qohumlarıdır. 14 ildir rayonun Maliyyə İdrasinə rəhbərlik edən bu şəхs özü üçün böyük biznes imperiyası yaratmağa nail olmaqla yanaşı, rayonun idarəçiliyini də ələ alıb.
AzerTaym.az xəbər verir ki, Azerinews.tv-yə açıqlamasında mənbə onuda bildirilir ki, Neftçalada onun və ailə üzvlərinin adına olan obyektlərin sayı-hesabı yoxdur.
Rəşid Manafov kimi bacısı oğlunun da Neftçalada kifayət qədər ticarət obyekti var. Mənbə deyir ki, bələdiyyə sədri olanadək şəhər stadionunun yaхınlağındakı 100 kvadratmetrlik ərazidə ticarətlə məşğul olan Aydın Aslanovun indi şəhərin özündə və kəndlərində bir neçə sənədsiz mağazası fəaliyyət göstərir.
Dövlət tərəfindən Qarabağ əlilləri üçün ayrılmış 30 hektar torpaq sahəsi bu günədək sahiblərinə verilməyib. Bələdiyyə sədri və daysının işbirliyi nəticəsində bu torpaq sahəsi başqalarının əlinə keçib.
Mənbənin sözlərinə görə, Aydın Aslanov bələdiyyə sədri təyin olunan kimi sahibkarları hədəfə alıb. Onun ilk işi torpaq sahəsinin bələdiyyəyə aidiyyatı olmayan balıq bazarını ələ keçirmək olub. Daha sonra əvvəlki bələdiyyə sədri tərəfindən verilmiş torpaqların sahiblərinə müхtəlif vasitələrlə təzyiq etməyə başlayıb. Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymayan Aydın Aslanov vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Rayon sakinləri bildirir ki, onunla bağlı dəfələrlə yuхarı dairələrə şikayət edilsə də, heç bir nəticəsi olmayıb.
Onuda qeyd edək ki, Rəşid Manafovun biznesi təkcə Neftaçala ilə kifaylənmir. Onun Salyanda, Bakıda və ölkə xaricində də biznes obyektləri var. Neftaçalada isə böyük balıq dammaları və torpaq sahələri mövcuddur. Azerinews.tv
Bu barədə növbəti yazılarımızda...
Qarşı tərəfidə dinləməyə hazırıq