Lirənin ucuzlaşması Azərbaycana NECƏ TƏSİR EDƏCƏK?

Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək?

Rəsmi Ankaranın bir sıra Qərb ölkələri, xüsusən də ABŞ və Almaniya ilə münasibətlərinin pisləşməsi Türk lirəsinin dəyərsizləşməsi prosesini sürətləndirib”. 

“AzərTaym” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O bildirib ki, son 1 ildə dollara nisbətən 22 faiz ucuzlaşan lirə yalnız oktyabr ayında 7 faizə yaxın dəyər itirib: “İndi 1 dollar almaq üçün təxminən 3.8 lirə ödəmək lazımdır. Türkiyə Azərbaycan üçün yalnız stratreji deyil, həmçinin iqtisadi tərəfdaş olduğundan lirənin məzənnəsi bizim üçün də, dolayı olsa belə, vacibdir. 

Belə ki, bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycan Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. 

Rəqəmlər göstərir ki, Türkiyə Azərbaycan üçün vacib tərəfdaşlardan biridir və bu baxımdan, lirənin ucuzlaşması bizim üçün də arzuolunan deyil. Belə ki, ucuzlaşan lirə Azərbaycanın Türkiyəyə qeyri-neft ixracatına mənfi təsir göstərə bilər. Çünki, Azərbaycan məhsulları Türkiyə bazarında lirə ifadəsində bahalaşır ki, bu da qeyri-neft məhsullarımızın qardaş ölkədə rəqabət imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, lirənin ucuzlaşması Türkiyədən idxalı stimullaşdırır ki, bu da ticarət dövriyyəmizdəki saldo üçün əlverişli deyil”.






Fikirlər