Bu gün ABŞ-da Rza Zərrabın MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün Türkiyə vətəndaşı, tanınmış müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrabın məhkəməsi başlayır. “Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Nyu-Yorkun cənub bölgəsinin baş prokuroru Prit Bharara rəsmi “Twitter” səhifəsində yazıb.
“Şahid Rza Zərrab çərşənbə günü Manhattan Federal Məhkəməsində hakim Riçard Bermanın qarşısına çıxacaq”, – prokuror yazıb.
Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar pozmaqda, bank sahəsində saxtakarlıq etməkdə, “çirkli pulları yuymaqda” şübhəli bilinir.
O, ABŞ-ın Oklahoma şəhər həbsxanasında bir həftə saxlanıldıqdan sonra təyyarə ilə Nyu-Yorka, oradan isə aprelin 27-də Manhattana gətirilib.
Xatırladaq ki, Rza Zərrab əslən Cənubi Azərbaycandandır.