Azərbaycanlı iş adamının Türkiyəni tərk etməsinə səbəb olan GİZLİ MƏKTUB

Hazırda ABŞ-da həbsdə olan İranın Azərbaycan əsilli iş adamı Rza Zərrabın Amerikaya getməsinə səbəb ortağı Babək Zəncanidən aldığı gizli məktub olduğu iddia olunur.


AzerTaym.az Publika.az istinadən xəbər verir ki, Vaşinqton, Nyu-York və Ankarada fərqli mənbələrdən əldə edilən məlumatlarda R. Zərrabın ABŞ-a şüurlu olaraq getdiyi deyilir.


Məlumatlara görə, onun həbs olunduğu ABŞ-a getmək qərarını verməsinə üç məsələ səbəb olub.

1. Ən böyük səbəb kimi ortağı Babək Zəncanin edama məhkum edilməsi və İrandan ona qarşı təhdidlər göstərilir. Məlumata görə, İranda edama məhkum olunan Zəncani Zərraba gizli məktub göndərərək ondan pul tələb edib və bildirib ki, əgər pullar İrana çatdırılsa, edamdan yaxasını qurtara bilər. Zərrab da bu məktubdan sonra ABŞ-a getmək qərarını verir.

2. İddialar var ki, Zərrab Dubaydakı ticarətinə görə bu ölkəyə tez-tez gedib-gəlirmiş. Daha sonra məlumat alıb olub ki, Dubayın əmiri, eyni zamanda, ABŞ-a yaxınlığı ilə seçilən Maktum ailəsi onu gizli şəkildə tutaraq, ABŞ-a təslim edəcək.         

3. Üçüncü səbəb kimi artıq Türkiyədə də ona inamın azalması göstərilir. Zəncaninin edama məhkum olmasından sonra onun ətrafındakı halqa daralmağa başlayıb. İddialar var ki, İrandan gələn bir qrup ona sui-qəsd edəcəkmiş. O da sui-qəsddən qurtulmaq üçün ABŞ-la razılığa gələrək, bu ölkəyə gedib.

İddialara görə, o, amerikalı rəsmilərlə əvvəlcədən danışıqlar aparıb və ABŞ-da həbs olunacağını bilirmiş. Onun həbsi də hansısa qarşılıqlı razılıq əsasında olub.






Fikirlər