Daha bir baş redaktor həbs OLUNDU

Daha bir baş redaktor həbs olundu

Azərbaycanda sayt rəhbəri həbs olunub.

"Qaynarinfo" xəbər verir ki, həbs olunan şəxs İrevan-Press.com saytının rəhbəri Azər Abbasovdur.  

Azərbaycan Nəşriyyatından aldığımız məlumata görə, Azər Abbasov iyun ayının 5-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Əməliyyatçılar saytın Azərbaycan Nəşriyyatında yerləşən ofisində axtarış aparıb. 

Azər Abbasova hansı ittihamlar əsasında saxlanılması ilə bağlı rəsmi bir məlumat yoxdur.Baş Prokurorluğun mətbaut xidmətinin əməkdaşı Təranə Vəlizadə "Qaynarinfo"ya açıqlamasında Azər Abbasovun saxlanılması ilə bağlı xidmətdə məlumat olmadığını dedi. 






Fikirlər