Azərbaycanda YOL POLİSİ əməkdaşı dəhşətli QƏTL TÖRƏTDİ

Bərdədə qətl törədilib. Lent.az xəbər verir ki, dünən axşam saatlarında Bərdə rayon Əliyanlı kənd sakini, 1987-ci il təvəllüdlü Şükürov Sevindik Şəmşir oğlu yaşadığı evdə həyat yoldaşı, 30 yaşlı Anjelikaya çoxsaylı bıçaq zərbələri endirib. Hadisə evin yataq otağında baş verib və qadın yerindəcə keçinib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. 

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, hadisəni törədən Sevindik Şükürov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşıdır. O, inspektor vəzifəsində çalışır. Hadisədən sonra yol polisi əməkdaşı hüquq-mühafizə orqanlarına təslim olub.

 

Faktla bağlı cinayət işi açılıb.






Fikirlər