Bakı SAKİNİ gəlinini NİYƏ GÜLLƏLƏYİB?

Paytaxtda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Lent.az xəbər verir ki, Maştağa qəsəbəsində oğlunun 24 yaşlı həyat yoldaşı Aygün Mustafayevanı (ad və soyad şərtidir) güllələyərək öldürən 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə təslim olub.

İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, S.Məmmədovun oğlu Aygünlə 5 il əvvəl ailə həyatı qurub və onların bir oğlu dünyaya gəlib. S.Məmmədovun həyəti geniş olduğundan orada oğlu üçün ayrı ev tikib. Lakin ailələrin hamam-tualeti bir imiş. Bir neçə gün əvvəl 59 yaşlı kişi həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan, ailəli və 4 uşaq atası olan 37 yaşlı Təhmasiblə tutub. Kişi həm gəlinindən, həm də Təhmasibdən Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

Həmin hadisədən sonra Təhmasib Bakını tərk edib və Zaqatalada məskunlaşıb. Aygün isə həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi dünən tüfənglə gəlinini güllələyib.

İlkin araşdırmalar zamanı o da məlum olub ki, 24 yaşlı gəlinlə qonşuluqda yaşayan kişi arasında aylar ərzində gizli sevgi münasibəti olub və onlar müntəzəm olaraq yazışıb, hətta Aygün Təhmasibə çılpaq fotolar da yollayıb.

Araşdırmalar davam etdirilir.

***01:46

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, insident Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini öz gəlini A.M.-nı ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü A.M.Xanağa qızı qonşuluqda olan bir oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb.

Sabunçu RPİ-nin 14-cü bölməsinin əməkdaşları və rayon prokurorluğunun istintaqçıları hadisə yerində olub və müayinələr aparıblar. Gəlinini öldürən qayınata saxlanılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.






Fikirlər