Ucarda öldürülən gəlin XOŞQƏDƏMİN verilişinə çıxıbmış — QƏTLİN təfərrüatı

Ucarda öldürülən gəlin Xoşqədəmin verilişinə çıxıbmış — Qətlin təfərrüatı

Ucarda öldürülən gəlin Səbinə Rəhimovanın qətlinin şok təfərrüatı məlum olub.

AzerTaym.az Ölkə.Az -a istinadən xəbər verir ki, 17 yaşlı Səbinə Rəhimova Rusiya Federasiyasında anadan olub və orada yaşayıb. Onun anası da milliyətcə rus olub. Anası vəfat etdikdən sonra internat məktəbində qalan qız sonradan Xoşqədəm Hidayətqızının verilişi vasitəsi ilə atasını tapıb. Bundan sonra təxminən 1 il əvvəl atası onu Rusiya Federasiyasından Azərbaycana gətirib. Ucar rayonununda Ramil Nəsirov adlı bir oğlanla tanış olub və ailə qurub.

Dünən baş tutan toy gecəsi Ramil Nəsirov Səbinə Rəhimovanın bakirə olmamasını iddia edərək onu yataqda qətlə yetirib. Bu zaman yataq otağından çölə çıxan Ramil yengənin gözləməsini xahiş edib. Təxminən 10 dəqiqə sonra yengə otağa girən zaman gəlinin al qan içərisində olduğunu görüb. O gəlini xüsusi amansızlıqla qətlə yetiribmiş. Ağır yaralanmış gəlini xəstəxanaya çatdırsalar da o artıq ölüb.

Hazırda faktla bağlı cinayət işi açılıb.Araşdırma gedir.






Fikirlər