Bu dəfə də ən yüksək balı Əziz TOPLADI...

Bu dəfə də ən yüksək balı Əziz topladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 13-14 avqustda keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.

 "AzerTaym.az" bildirir ki, imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu Əziz İlham oğlu Kərimli göstərib. O, imtahanda 400 bal toplayıb. 

Maraqlısı budur ki, Əziz həm də buraxılış imtahanında ən yüksək nəticəni - 300 balı toplamışdı. Bununla da, hər iki mərhələnin cəminə görə, Əziz ümumilikdə maksimum - 700 bal toplayıb. /“Qafqazinfo”






Fikirlər