Paşinyan Ərdoğanın andiçmə mərasiminə getdi...
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Yenisabah.az xəbər verir ki, Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edir. Qeyd edək ki, bu, Nikol Paşinyanın Türkiyəyə ilk səfəridir. Paşinyan 2018-ci ildən Ermənistanın baş naziridir.