Həkim deyil, lap QƏSSABIN ÖZÜDÜR... - MALƏSƏF...

Həkim deyil, lap QƏSSABIN ÖZÜDÜR... - MALƏSƏF...

"Şikayətim "Ayan" revmatoloji bərpa mərkəzi, Professor dr. Nadir Hüseynovdandır". Dia-az.İnfo bildirir ki, bu barədə Könül Qurban adlı narazı vətəndaş gileylənir.

Şikayətçi bildirir: "Bildiyim qədər klinika da özünə məxsusdur. Revmatoid artiritim var, bu xəstəlikdə hamilələr kontrol altında olmalı, müalicə uşağın və ananın sağlamlığı düşünülərək edilməlidir.

4 aylıq hamilə olanda mənə bu "həkimi" məsləhət görmüşdülər. Getdim, heç bir analiz verdirmədən çox kobud və savadsız şəkildə "sən ana ola bilməzsən, ümumiyyətlə uşaq götürülməlidir" deyib, zərərli peraparatlar təyin etdi.

Mən təbii ki müalicəsini rədd edib, başqa revmatoloqla davam etdim yoluma. Və hazırda özüm də yaxşıyam, övladım da artıq 1 yaşındadır.

Bəlkə də neçə xanımın ana olmaz arzusunu ürəyində qoyub bu şəxs.

Paylaşmaqda məqsədim odur ki bu hal ilə rastlaşanlar qətiyyən bu həkimə müraciət edib inanmasınlar.

Mən şanslı idim ki xəstəliyim və onun müalicəsi barədə məlumatım var idi..." (Dia-az.İnfo)






Fikirlər