Nurlan Libre 1 ay 17 gün həbsdə olacaq...
Jurnalist Nurlan Libre (Qəhrəmanlı) həbs olunub. Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub. Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Nurlan Libre “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.