Nərimanov məhkəməsi Ali Məhkəməni “başqa məhkəmə” sayır...

Onların kommersiya obyektlərini partladacam - MEYDAN.TV

Nərimanov məhkəməsi Ali Məhkəməni “başqa məhkəmə” sayır
Hakim Nərgiz Tağıyeva MPM-i “cibinə uyğunlaşdırıb”
 
2 ilə yaxındır Nərimanov məhkəməsi hüquqi faktın müəyyən olunması haqqında ərizəyə prosessual qanunvericiliyin tələbinə uyğun olaraq baxmaqdan imtina edir. Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli  “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 14-cü bəndinin ikinci cümləsi hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktının məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilməsini təsbit edir. Nərimanov məhkəməsinə təqdim edilən dörd sənəddən heç biri üzrə qətnamə çıxarılmadığından MPM-in 229-cu maddəsinə əsasən əlavə qətnamə çıxarılmasına ərizə verilib. Hələ də ərizəyə baxılmayıb, Bakı AM-in MK-sı isə 29.10.2024-cü il tarixli qərardadla əlavə qətnamə çıxarılmasından imtina edib. Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 15.4-cü bəndinə görə, əlavə qətnamə çıxarılmasından imtina olunması maraqlı şəxsi EYNİ TƏLƏBLƏ ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmədiyindən Nərimanov məhkəməsinə müraciət edən Qarabağ qazisinin məhkəmə təminatı hüququ altı aya yaxındır yolverilməz, sui-istifadə sayılır. Hətta  Hakim Nərgiz Tağıyeva ərizəçini məhkəməyə müraciət etdiyinə görə 500 manat cərimə edəcəyi ilə şantaj edir.

Nərimanov Məhkəməsi Prezident Sərəncamına məhəl qoymur: Əfv olunan epizoda görə yenidən cinayət işi açıldı » Ovqat.com
Nərgiz Tağıyeva 8 dəfə eyni işə hakim təyin edilib və hər dəfə ərizənin qəbulundan “eyni tələblə olduğundan yolverilməzliyinə görə” imtina edib. Qərardadlarını MPM-ə uyğun prosessual müddətdə verməyən hakim yalnız ərizəçinin çoxsaylı şikayətlərindən sonra şablon aktlarını verib və anında Qarabağ qazisi şikayət hüququndan yararlanıb. Hazırda iki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. İki qərardaddan  (2(005)-1588/2025 və 2(005)-1514/2025 N:-li) şikayət üzrə hakim Nərgiz Tağıyeva 14.02. 2025 tarixli iki şablon qərardadla hər iki qərardadı ləğv edib və ... sonrakı prosessual hərəkətləri etmək əvəzinə, ərizənin qəbulundan imtina edib.(??)
Qərardaddan şikayət verilə bilməzliyini də aktlaşdıran hakimin Mülki Prosessual Məcəlləni (MPM) “cibinə uyğunlaşdırması” üzə çıxır . Qərardadlardan şikayət verilməsi qaydası MPM-in 267-269-cu maddələri ilə tənzimlənir. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya  məhkəməsi 3 gün müddətində baxır; şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, hakim Nərgiz Tağıyeva MPM-in 269.2 maddəsinə əsasən qərardad(lar)ı ləğv etsə də, sonrakı prosessual hərəkətləri yerinə yetirməkdən və ərizənin icraata qəbulundan imtina edib. Halbuki MPM-də belə imtina nəzərdə tutulmayıb. Məhkəmənin qanunverici orqanın səlahiyyətlərini mənimsəməsi, özbaşına məcəlləni dəyişməsi isə yolverilməzdir. Hakimin hüquqa qadağası MPM-in 153.2.2 maddəsini əsassız tətbiq etməsindən qaynaqlanır. Nərimanov məhkəməsinin 03.04.2024 tarixli  qətnaməsinin qanuni qüvvəyə minmədiyini, 2(102)-812/2025 nömrə ilə Ali Məhkəmənin kassasiya icraatında olduğunu bildirəndən sonra hakim Nərgiz Tağıyeva MPM-in 153.2.4 maddəsini “o olmasın, bu olsun” prinsipi ilə tətbiq edib. Guya eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş var. (MPM-in 153.2.4 maddəsi) . Rüşvətdən, qərəzdən savadsızlığa baxın, ali instansiya məhkəməsi- Ali Məhkəmə “başqa” məhkəmə sayılır!(?) Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası bu “başqalığı” aşağı məhkəməyə  başa salmaqda çətinlik çəkməsin gərək...

P. S. Konstitusiya Məhkəməsinin (KM) məhkəməyə müraciət hüququna qadağa qoymasına qiymət verməyəcəyi praktikadan bəllidir. Nizami məhkəməsinin hakimi Ülkər Yusifova qərardaddan şikayəti 2 ildir apellyasiya instansiyasına göndərmir ki, MPM-də nəzərdə tutulmayıb, “başqa” qaydalar qüvvədədir. KM-in palatası da bu “başqalığı” əsas tutub, şikayətin icraata qəbulundan imtina edib. İndi də Nərimanov məhkəməsinin “başqalığını” qüvvədə saxlayacağı şübhəsizdir. Necə deyərlər, keçəl halva yeyər, puluna minnət.

Məğrur Bədəlsoy
 


Nərimanov məhkəməsi Ali Məhkəməni “başqa məhkəmə” sayır






Fikirlər