“TRAMP AVROPAYA ÜÇ HƏFTƏ VAXT VERİB” - “Ukraynanın kapitulyasiyasını hazırlamağı tələb edir”
ABŞ faktiki olaraq Avropanın qarşısında ultimatum qoyub və ona “Ukraynanın kapitulyasiya şərtlərini razılaşdırması” üçün üç həftə vaxt verib. “AzPolitika” xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin finlandiyalı deputatı, Xarici Əlaqələr Komitəsinin üzvü Mika Aatola X sosial şəbəkəsində yazıb. "ABŞ bizə Ukraynanın kapitulyasiya şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verdi", - Avropa Parlamentinin deputatı qeyd edib. Onun sözlərinə görə, Avropa İttifaqı bunu etməsə, ABŞ öz qoşunlarını Avropadan çıxaracaq: "Tramp Rusiyanın indiki və gələcək təhlükəsizlik məsələlərini birinci yerə qoyur". Qeyd edək ki, Donald Trampın ritorikası son günlər kəskin şəkildə dəyişib. O, Ukrayna lideri Volodimir Zelenskini müharibəni başlamaqda(?) günahlandırıb. Tramp həmçinin Zelenskini “seçkisiz diktator” adlandırıb. Bir çox ölkə liderləri Trampı bu sözlərinə görə tənqid ediblər.