12.03.2014. - "Şou-biznesin yaradıcılarından biriyəm"
Xalq artisti Faiq Ağayev şou-biznesdə baş verən qalmaqallara münasibət bildirib.
Xalq artisti yaradıcılıq fəaliyyəti olmayan insanların qalmaqala əl atdığını vurğulayıb:
“Mən şou-biznesin yaradıcılarından biriyəm. Valideyn öz övladından hər gün razı olmur. Şou-biznesdə bəyəndiklərim də, bəyənmədiklərim də var. Şou-biznesdə fəaliyyət göstərən çox az adamdan razıyam.
Əsas odur bizdən razı olan tamaşaçılar var. Önəmli olan budur. Baş verən qalmaqallar əhəmiyyətsizdir. Adi həyatdan götürək. Bir insan nə qədər dava etsə, qonşuları ondan narazı olacaq. Ortada iş, mahnı, klip olmayanda səs-küy salırlar. Bu, doğru deyil”.