Tanınmış müğənni SÖYÜŞ SÖYDÜ: “Cındır…”

Tanınmış müğənni Şəbnəm Tapdıqova əsəbiləşib.

Publika.az-a açıqlama verən sənətçi həmkarlarını yıxıb-sürüyüb: “Bir efirə baxın, görün nə gündə müğənnilər çıxır. Baxırsan nə zövqləri var, nə görünüşləri. Geyimləri bir tərəfə, düz-əməlli sir-sifətləri də yoxdur, cındır  gündədirlər. Bunu siz jurnalistlər yazmalısınız e… Mən ağzımı açıb nəsə deyəndə düşürlər üstümə. Gedin küçədə sorğu keçirin, görün camaat onlardan necə bezib. Nə vaxta qədər belə səviyyəsiz müğənniləri efirə buraxacaqlar. Millət bezib onların əlindən. Səsləri də yoxdur”.

Müğənni ürəyini boşaldandan sonra, bizə də qəzəblənib: “Səsimi yazmayın ha!”






Fikirlər