ATV-nin efirində DAVA DÜŞDÜ(VİDEO)
Ötən gün ATV-də yayımlanan "Bizimləsən” proqramında dava düşüb.
oxu.az xəbər verir ki, buna səbəb Kürdəmir rayon Qarıs Əyribənd kənd sakini, 1996-ci il təvəllüdlü Cabbarov Əli Vidadi oğlunun ailəsinin onun ölümündə qonşu ailənin oğlunu günahlandırması səbəb olub.
Belə ki, Girdiman çayın Kürdəmir rayon ərazisindən keçən hissəsindəki körpüdən özünü asaraq intihar edən Əlinin valideynləri hesab edir ki, günahkar qonşunun oğludur.
"Bizimləsən”ə çıxan iki ailə problemi verilişdə çözmək istəyib, amma onların arasında qalmaqal baş verib.
Telekanalın mühafizə xidmətinin əməkdaşlarının müdaxiləsi ilə ailələr sakitləşdirilib.