"Ora XATİRƏ ilə ELTONUN və ailə üzvlərinin ŞOUSU idi" — Narazılıq
Qubadlı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədov dünən "Bizimləsən" verilişində ona qarşı olunan kobudluq barədə yazdığımız xəbərə reaksiya verib. Şöbə müdiri Ölkə.az-a açıqlamasında zorakılığa məruz qaldığını etiraf etmək istəməsə də, təmsil etdiyi rayona həsr olunan proqramdan narazılığını dilə gətirib. "O veriliş şou idi. Xatirə ilə Eltonun və ailə üzvlərinin şousu. Mənim o verilişdə nə işim var axı? Bir yoldaşı aparmışdım". Qeyd edək ki, "Bizimləsən" verilişinin dünənki buraxılışı Qubadlı rayonuna həsr olunmuşdu. Veriliş ərzində aparıcı Zaur Baxşəliyevin qonaqlara qarşı sərt münasibəti mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.