“ƏRƏ ZONTİK kimi baxmaq olmaz” - Səidə məşhurları BİABIR ETDİ

"Ərə zontik kimi baxmaq olmaz".

Bu sözləri müğənni Səidə Sultan "Show news" verilişində deyib.

İfaçı şou biznesdə ərə getmədən uşaq dünyaya gətirən məşhurları rüsvay edib:

"Uşağım olsun deyə doğum, belə olmaz axı. Uşağı doğanda onu, atasını fikirləşmək lazımdır. Yoxsa uşaq sınıq böyüyür. Bizdə də bu dəb halını alıb: "Ürəyim istəyir, doğuram". Ola bilər ki, mənim də həyatımda sevdiyim insan olsun, bundan sonra toy edəsi deyiləm ki. Amma aramızda nikah olmalıdır. Ailəmiz bilməlidir. Bu başqa bir şeydir. Uşaq halallıqla olsa, daha gözəl olar. Mənim üçün ilk növbədə Allahın kəbinidir. Mənim heç kimin həyatına qarışmağa ixtiyarım yoxdur. Ərə ər kimi hörmət etmək lazımdır. Ərə zontik kimi baxmaq lazım deyil".






Fikirlər