Dilarəyə Misir səfirindən HƏDİYYƏ – FOTO...
Müğənni Dilarə Kazımova İkinci Beynəlxalq Film Festivalında iştirak etmək üçün Şarm Əl-Şeyxə yollanıb. İfaçıya qaldığı oteldə gül buketi hədiyyə olunub. Axşam.az-ın məlumatına görə, hədiyyəni 2018-ci ildən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim göndərib. O, sənətçini və bir neçə incəsənət nümayəndəsini evlərinə qonaq kimi dəvət edib. Dilarə ona gələn hədiyyənin fotosunu İnstaqram hesabında paylaşaraq “Diqqətiniz üçün təşəkkür edirəm” deyə, yazıb. Qeyd edək ki, ifaçı orada baş tutacaq kinofestivalda səhnəyə çıxıb, canlı ifalarını nümayiş etdirəcək.