Gürcüstanın Azərbaycandakı keçmiş səfiri, Gürcüstan neft korporasiyasının rəhbəri Qeorqi Çanturiya uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
AzerTaym.az Oxu-az-a istinadən xəbər verir ki, mərhumun qohumları bu barədə Gürcüstan mediasına danışıb.
Qeorqi Çanturiya 1957-ci ildə anadan olub. 1989-cu ilə kimi dövlət strukturlarında rəhbər vəzifələr tutub, paralel olaraq ölkənin ali təhsil ocaqlarında elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik fəaliyyətdə olub. 1993-cü ildə Gürcüstan dövlət başçısının beynəlxalq məsələlər üzrə müşaviri işləyib.
1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı birinci fövqəladə və səlahiyyətli səfiri olub. 1996-cı ildən Gürcüstan neft korporasiyasına rəhbərlik edib.
Qeyd edək ki, Q.Çanturiya son illərini Azərbaycanda keçirib.