Toy sahibindən Afətə görə gözlənilməz addım...

"Nüşabə və Təranəni toydan uzaqlaşdırdım" - Afət

Müğənni Afət Fərmanqızı əməkdar artist Nüşabə Ələsgərli və ifaçı Təranə Qumralı gedəcəkləri bir toy məclisindən uzaqlaşdırdığını etiraf edib.

Axşam.az-ın məlumatına görə, o, bu haqda İnstaqramda prodüser Tarix Əliyevlə canlı yayımda olarkən söyləyib. Afət deyib ki, toy sahibi onun istəyi ilə hər iki ifaçını məclisdən uzaqlaşdırıb:

“Bu gün (dünən – red.) gedəcəyim toyda iki danışmadığım müğənni olacaqdı. Şəhər restoranlarının birindədir. Toya Nüşabə Əlsəgərli və Təranə Qumral da çağrılıb. Onlar həmin restoranda müəyyən məbləğə şou-proqrama da gedirlər. Ev yiyəsinə dedim ki, mən gəlmirəm, pulumdan imtina edirəm. O, iki müğənni orada olduğu üçün gəlməyəcəm.

Mənim sözümlə ikisini də çıxartdılar toydan. Dedilər ki, onları qoymayacağıq toya, siz gəlin. Həmin adamların mənim bütöv toy üçün olan qonorarımı verməyə gücləri çatmadı, yarım saatın ödənişini etdilər. Amma mən onlara jest edib, bütün toyu oxuyacağam”.

 






Fikirlər