“Mahnıda seks havası varsa, bunu göstərirəm”

“Mahnıda seks havası varsa, bunu göstərirəm”

“Sənət adamı hər tərəfli olmalıdır. Sənətçinin özünəməxsusluğu mütləqdir”.

"AzerTaym.az" bildirir ki,bu sözləri Axşam.az-ın suallarını cavablandıran müğənni Dilarə Kazımova deyib.

O, konsert vermə planlarından söz açıb:

“İstəyirəm ki, çoxlu mahnılar yığım. Azərbaycan dilində xeyli mahnılarım olmalıdır ki, konsert verim. Fərqli üslubda olan “Harem” mahnısını ifa etdim və klip çıxardım. Kütlənin arxasınca qaçmıram. Bazarda hər bir üslubda ifaçı olmalıdır. Bu zaman insanlar seçim edə bilirlər. İnanıram ki, insanlar keyfiyyətli musiqiyə qayıdacaqlar”.

Sənətçi açıq-saçıq fotolarından danışıb:

“Deyirlər ki, indi soyunmağa başlamısan. Ancaq “Sing your song” yarışmasında ilk dəfə səhnəyə bodi ilə çıxmışdım. Üzərimdə işləyirəm, fərqliyəm. Özümə inanıram. Bilirəm ki, hər yerdə fərqliliyimi göstərə bilirəm. Özümü stresdən çıxara bilirəm. Çətin vəziyyətdə belə düşünməlisən ki, bu, bir sınaqdır. Emosionalam, bu zaman çalışıram ki, ona qədər sayım və cavab verməyim. Özümü cilovlayıram. Hərdən elə bilirlər ki, nəyisə əsəbi deyirəm. Halbuki səs tembrim belədir”.

D.Kazımova builki ad günündə aldığı reaksiyalardan xoşhal olduğunu deyib:

Ad günümdə çox gözəl reaksiyalar aldım. Ötən il builki kimi deyildi. Düşünürəm ki, öz yolumu tapmışam. Dama-dama göl olar. 35 yaşım olsa da, özümü bu yaşda hiss etmirəm. Deyirlər bir az ağır olmalısan, amma mən həmişəki Dilarə olacam. Yerinə görə davranıram. Nə edirsənsə, vaxtında etmək lazımdır. Qadınlar var baxırsan ki, 70 yaşında şortik geyinməyə başlayıb (gülür)”.

Müğənninin ideal kişi obrazı isə belədir:

Özümü xoşbəxt hiss edirəm. Xoşbəxt olub, sonra sevgili tapmaq lazımdır. Kimisə tapıb, onunla xoşbəxt olmaq lazım deyil. Xoşbəxtliyi kiminləsə bölüşmək lazımdır. Sevəcəyin adamla kimyan tutmalıdır. Onu görəndə həyəcanlanmalısan.

Kişi çox işləməlidir. Yumor hissi olmalıdır. Məni düşünməli, sevməlidir. O məni sevsə, mən də onun sözlərinə qulaq asacam. Yanımda kişi olanda onunla məsləhətləşirəm. Sənətimlə bağlı sərhədlər qoymamalıdır. Mən açıq geyinirəmsə, deməli, məqsədə uyğun edirəm. 35 yaşım var. Əgər həyatıma gəlirsə, məni olduğum kimi qəbul etməlidir. Uzun yol keçmişəm, kimsə birdən-birə mənə “bunu etmə” deyə bilməz. Düşünürəm ki, gəl lütləşək, bunun ortasında nəsə edək. Mahnıda seks havası varsa, bunu göstərirəm. Bir sözlə, PR üçün soyunmuram”.






Fikirlər