“Röyanın təhsili azdır…” - Yeni QALMAQAL
“10 ildir Amerikada yaşayıram. Övladım burada dünyaya gəlib, indi 3 yaşı var. Həm bizim, həm rus, həm də ingilis dilində danışır, başa düşür. Anam, atam, qardaşlarım da burada yaşayır”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan keçmiş aparıcı Günel Musəvi deyib. O, “Hər şey daxil” proqramında qonaq olarkən TV simalarından danışıb. Günel qeyd edib ki, əksər aparıcıların intellektual səviyyəsi aşağıdır: “Mən bir sitat gətirmişdim ki, Azərbaycanda aparıcılar silikondan çox kitaba pul xərcləsinlər. Kanallara baxmağa vaxtım yoxdur. Amma sosial şəbəkədə videolar qarşıma çıxır. Deyirəm ki, insanın düşüncə səviyyəsi bu qədər aşağı olarmı? Qaşı-gözü gəşəngdir, “kukla”ya oxşayır. Ağzını açanda elə bil uşaq danışır. İntellekt yoxdur”. Bundan əlavə, G. Musəvi Əməkdar artist Röya Ayxanın təhsilinin az olduğunu vurğulayıb: “Şou-biznesdə intelektual səviyyəsi yaxşı olan insanlar var. Məsələn, Faiq Ağayev, Murad Arif, Murad Dadaşov, Tünzalə Ağayevanı missal çəkə bilərəm. Mənə elə gəlir ki, Röya Ayxanın da intellekti yaxşıdır, amma təhsili azdır”. Qeyd edək ki, sözügedən proqram Vaşinqtonda lentə alınıb.