“Sənin göz yaşın da, siman da...” - Kəmalənin gedişi ilə bağlı Rəksanədən ETİRAF
Müğənni Rəksanə İsmayılova dünən “Maşın” şouda finala qalan Lalə Mustafayevanın görüntüsünü paylaşıb. “Yeni Sabah” xəbər verir ki, o, realiti-şounun finalına keçən aparıcı Lalə Mustafayevanı təbrik edərək ona səs göndərdiyini etiraf edib: “Mənim bu xanımla heç bir tanışlığım yoxdur. Sadəcə Allah böyükdür. Bilirsiniz ki, bu mövzunu gündəmə qaldırdıq. Millətimiz hər şeyi gördü, düzgün olan nədir, onu seçdi. Nə var, nə yox bildilər. Nə olar, birinin day-dayı olar, birinin isə gücü. Biz qara camaat, öz gücümüzü göstərdik. Mənim o biri xanım ilə heç bir problemim yoxdur. Amma nələri isə bilirik, hər şeydən xəbərimiz var. Üzdə göstərilən kimi deyil hər şey. Lalə, sən öz gücün ilə tək ailəni, ananı saxlayırsan. Qoy o maşın sənin olsun. Sənin göz yaşın da, siman da təmizdir. Üç dəfə səs verməyə çıxdın, səs topladın, qazandın. Az da olsa, biz buna nail olduqsa, şükür Allahımıza. Bizə bu gözəl, təmiz ürəyi, qəlbi verib. Həyatımda mən də təklənmişəm. Ailəmi, anamı tək əziyyətim ilə saxlamışam. Həqiqəti deyəni qovmurlar. Sadəcə cəsarət lazımdır ki, doğru nədir, onu deyəsən. Mən də tanrıma çox minnətdaram ki, məni belə yaradıb. Düzgün, haqlı olanın yanındayam. Bəlkə də özümə çox düşmən qazandım. Biz belə etməsəydik, Lalə bu gün orada qalmazdı”. İfaçı həmçinin canlı yayım açaraq da məsələyə münasibət bildirib. O, Kəmalənin çıxmasını şərh edib, gülüb. Rəksanə kinayəli sözlərlə “yəqin bilməyiblər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər. Ya da pulları çatmayıb. Neynək, gələn “Maşın” şouya inşallah” deyə bildirib. Qeyd edək ki, finala müğənni Ramal İsrafilov, aparıcı Suna Qasımoğlu və Lalə Mustafayeva çıxıb.