Müğənni Kərim məhkəməyə verildi – Elçin Əlibəyliyə görə

Müğənni Kərim məhkəməyə verildi –

“Soy production”ın rəhbəri Oqtay Əliyev müğənni Kərim Abasovu məhkəməyə verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib. O bildirib ki, aparıcı Elçin Əlibəyliyə qarşı işlətdiyi “erməni” ifadəsinə görə məhkəməyə verilib.

Bu gün ilk məhkəmə prosesi oldu. Hakim işi icraya almadı və rədd etdi. Qəribəsi bundadır ki, əgər, onlara alman, ingilis və ya “çinqaçunq” desəydim, məni məhkəməyə verəcəkdilər. Mənə kimsə “erməni” desə, vecimə olmaz. Ona görə ki, ermənilərlə heç bir qohumluğum və münasibətim yoxdur. Soğan yeməmişəmsə, içim niyə göynəməlidir ki? Oqtay müəllim, yazdığım SMS-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz. Qardaşınızla aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin”, - deyə Kərim bildirib.






Fikirlər