03.05.2014. - Bakı meriyası və metropoliteni məhkəməyə verildi

03.05.2014. -  Bakı meriyası və metropoliteni məhkəməyə verildiVətəndaşlar tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni ilə bağlı məhkəməyə müraciət olunub.

"AzerTaym.az" bildirir ki, bu barədə lent.az-a 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən məlumat verilib. Belə ki, Mahir Əzizov adlı vətəndaş Bakı meriyasını və Nəsimi Rayon İcra Hakimiyyətini zərərin ödənilməsi ilə bağlı məhkəməyə verib. Həmçinin, Niyazi Məmmədli adlı vətəndaş da maddi ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə üz tutub. N. Məmmədlinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə verdiyi qurum da Bakı Şəhər İcra Hakimiyyətidir.

Bakı Metropoliteni də məhkəməyə verilən dövlət qurumları sırasındadır. Adıçəkilən qurumdan öhdəliyin icrası tələb olunur. Metropoliteni məhkəməyə verən şəxs isə Xalid Bağırovdur.






Fikirlər