“DUA edib, ALLAHa sığının” – Natəvan Həbibi

“Dua edib, Allaha sığının” – Natəvan Həbibi

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə insanlara müraciət etməyə davam edir. 

Beynəlxalq təşkilat bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırır. 

Yenisabah.az xəbər verir ki, bu kampaniyaya qoşulanlardan biri də müğənni Natavan Həbibi olub. İfaçı sosial şəbəkə hesabında virusla bağlı paylaşım edərək insanlara bundan dərs çıxarmağı və evdən çıxmamağı məsləhət görüb: 

 

"Ağlımızı, fikrimizi düzgün işlədərək yaxşı addımlar atsaq bunlara görə Allah bizi mükafatlandırar. Dünyada baş verən bu olayı dünyanın sonuna yozmaqdansa, buna bağlamaq lazımdır: Biz insanlar Allahın verdiyi kainatı düzgün istifadə edə bilmirik! Bu cür xəstəliklər görünən səbəbləridir. Bəli, bu gün koronavirus adlı fəlakətlə qarşı-qarşıyayıq. Allah Quranda buyurub: - "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır". Bunu çox dərindən anlamalıyıq və olanlardan dərs çıxarmalıyıq. Bu virus insanın nə qədər aciz, dünyanın nə qədər fani, ölümün nə qədər yaxın və Allahın nə qədər böyük olduğunu başa saldı. Bütün insanlığı kiçik bir virusla tərbiyə edə biləcəyini göstərdi bizlərə. Bəli, tərbiyə! Virus səbəbindən yaranan rejimə görə bəzi insanların gecə həyatından məhrum olması, gününü kənarda keçirib vaxtını ailəsinə ayırmayanların, ailələrinin yanında olması, bəladan qurtulmaq üçün əl açıb, dua edib Allaha sığınmaları böyük dərsdir. Ağıl-vicdan yan-yana gəlməzsə bu nəticəni anlamaq çətin olar. Duanızı, iman və inamınızı, ümidinizi əskik etməyin. Və hələlik evdə qalın".






Fikirlər