Karantin günlərini bölgələrdə keçirən MƏŞHURLAR - SİYAHI
Bir çox sənətçilər karantin günlərini Bakıda deyil, bölgələrdə keçirir. Yenicag.az bölgələrdə olan sənətçilərin siyahısını təqdim edir:
Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov Ağstafa rayonundakı evində qalır. Karantinin başa çatacağı və Bakıya qayıdacağı günü səbirsizliklə gözləyir.
Xalq artisti Gülyanaq Məmmədova ailəsi ilə birgə ata yurdu şəkinin Yuxarı Dəhnə kəndindədir. Novruz bayramında kəndə gedən sənətçi katantin günlərində geri qayıda bilməyib.
Müğənni Vasif Məhərrəmli ailəsi ilə birgə doğulduğu Qazax rayonunun Xanlıqlar kəndindədir. Çətin günlərdə yaşlı anasına dəstək olmaq üçün onun yanına gedib.
Rəqqasə və aktrisa Oksana Rəsulova oğlu Osmanla birgə ata yurdu olan Şabran rayonunda, anasının bağ evində qalır.
Əməkdar artist Abbas Bağırov karantin günlərini doğulduğu Gəncə şəhərindəki evində keçirir.