Emin ÜÇÜNCÜ DƏFƏ EVLƏNİR?!

Xalq artisti Emin Ağalarovun şəxsi həyatı ilə bağlı yeni xəbər yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müğənni üçüncü dəfə evlənmək qərarı alıb. Emin Ağalarovun hazırkı sevgilisi teleaparıcı Yuliya Baranovskayadır. Deyilənlərə görə, cütlük artıq ailə həyatı qurmağa hazırlaşır. Hətta Baranovskaya gəlinlik seçməyə başlayıb.

Nəzərinizə çatdıraq ki, 39 yaşı olan Y. Baranovskaya Rusiyanın məşhur aparıcısıdır. O, 2003-2013-cü ilə kimi fulbolçu Andrey Arşavin ilə vətəndaş nigahında yaşayıb. Bu münasibətdən cütlüyün 3 övladı, 2 oğlu 1 qızı dünyaya gəlib.

Qeyd edək ki, Emin Ağalarov 2 dəfə ailəli olub. Onun 3 övladı var.






Fikirlər