Afətə görə dostluğu bitirdilər
Bir vaxtlar yaxın rəfiqə olan Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Nazənin küsüb.
Axşam.az xəbər verir ki, ifaçıların arasının dəyməsinə səbəb müğənni Afət Fərmanqızı olub. Belə ki, açılışlardan birində Afətlə Nüşabə arasında mübahisə yaşanmışdı. Sənətçilər bir-birinin ünvanına sərt sözlər demişdi.
Həmin hadisədən sonra Nazəninin Afətlə rəfiqəlik etməsi digər xanım ifaçının xoşuna gəlməyib. O da keçmiş rəfiqəsi ilə dostluğuna son qoyub.
Qeyd edək ki, bundan əvvəl müğənnilər müsahibələrdə, verilişlərdə bir-birinin ünvanına təriflər yağdırıb, dostluqlarından ağızdolusu danışırdılar.