Oğlu Əməkdar artistə QADAĞALAR qoydu
Əməkdar artist Gülüstan Əliyeva oğlunun ona qoyduğu qadağalardan danışıb.
Publika.az xəbər verir ki, müğənni övladının geyimlərinə irad bildirdiyini deyib: "Əvvəl elə bilirdim ki, maraqlanmır. Başqa sahənin adamıdır. Arada elə nüanslar oldu ki, gördüm oğlum bütün müsahibələrimi izləyirmiş. 12-13 yaşında geyimlərimə müdaxilə edirdi. Deyirdi, bu nədi qısa geyinmisən.
Böyüyəndən sonra iradlar davam etdi. Bu dəfə fərqli formada. İndi deyir yaşlı-başlı qadınsan, bu nədir geyinirsən? Ailə qurandan sonra dəyişdi. Gördüm ki, oğlumun mənə, həyata, gəldiyim həyat yoluna baxışı, fikirləri dəyişdi. İrad da tutdu bəzi halları".