Sevil-Sevinc bacıları onları MÜDAFİƏ EDƏN müğənniləri "TOPA TUTDU"

Sevil-Sevinc bacıları onları müdafiə edən müğənniləri "TOPA TUTDU"

Müğənnilər Sevil və Sevinc bacıları Elnarə Xəlilova və Günel Ələkbərovanın “5/5” proqramını boykota səsləməsinə cavab veriblər.

Publika.az xəbər verir ki, “Hər şey daxil” verilişində cavab verən bacılar onların sənətinin olmadığını vurğulayıb. Bacılar həmçinin qeyd edib ki, sözügedən müğənnilər Xəzər TV-də qara siyahıdadır:

“Siz elə həmişə "Xəzər"in qapısına möhtac qalacaqsınız. Sizin sənətiniz olsaydı, "5-də 5" verilişinə gələ bilərdiniz. Yuyulmamış çömçə kimi hər qalmaqalda peyda olursunuz. Elə siz Xəzər TV-nin qapısına həsrət qalacaqsınız. Heç onlara müğənni də deməyə dilim gəlmir. Həsrətlə “Xəzər”in qapısına baxıb hansı müğənni çıxdı, hansı girdi ona baxırlar. Sizin üçün giriş qadağandır. Yaxşı ediblər. İş görün, sizi də çağırsınlar”.






Fikirlər