İRİNA ŞEYK DƏRİN DEKOLTESİ və zərif üslubu ilə GÖZ qamaşdırdı - FOTO
Dünən Kan Kino Festivalının ikinci günü baş tutub. Publika.az xəbər verir festivalın ikinci günündə Kiril Serebrennikovun “Yay” filmi, həmçinin misirli rejissor AB.Şokinin “Qiyamət günü” adlı ekran işi nümayiş olunub. Nümayişdə rusiyalı model İrina Şeyk də iştirak edib. Qara dərin sinə dekolteli paltar seçən model gecənin əsas ulduzu olub. O, obrazını qırmızı pomada və yaqut qaşlı qiymətli zinət əşyaları ilə tamamlayıb. Bu zərif üslubda o, sadə makiyajı ilə çox təbii və gözəl görünüb. Təəssüf ki, bu dəfə supermodel qırmızı xalçada sevgilisi Bredli Kupersiz poza verməli olub.