Aygün: “Sükutumu pozacam”
Müğənni Axşam.az saytına açıqlamasında təqdim edəcəyi yeni layihəsindən danışıb:
“Yeni layihə hazırlayıram və sükutumu bununla pozuram. Mənim üçün çox məsuliyyətli, vacib, önəmli bir planı həyata keçirdim. Bir tərəfdən də məni kövrəldən “Azərbaycan bayrağı” adlı klipimi hazırladım. Mahnının musiqisi Tural Bayraməliyevə, sözləri Zərifə Quliyevaya aiddir. Mahnının aranjimanını Mert Eli İçeli həyata keçirib. Ekran işinin rəhbəri son kliplərimi çəkən şirkətdir, montaj da orada edilib. Bu ekran işini “kliplərimin gözü” adlandırardım. Bəstə “Azərbaycan bayrağı” adlandığı üçün vətənimdə çəkilib. Arxiv materiallarından istifadə olunub. Elə buna görə də Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Özəl və toxunulmaz olan bu layihənin, klipin ərsəyə gəlməsində mənə ən böyük dəstəyi göstərən Elçin Muradova dərin təşəkkürümü bildirirəm”.