52 yaşlı Monika Belluççi: “Seks yetkin yaşlarda daha gözəldir” - FOTOLAR
Venesiya Film Festivalı çərçivəsində dünən "Süd yolu" filminin premyerası keçirilib. Monika Belluççi filmdə 1990-1994 illər arasında baş verən Balkan müharibələrində iştirak edən əsgərə aşiq olan qadını canlandırır. Film yaşa dolmuş iki insan arasında yaşanan güclü və gözəl sevgi hekayəsindən bəhs edir. Publika.az xəbər verir ki, filmdə baş rolda çəkilən Monika Belluçi təqdimat mərasiminə qatılıb. Filmdə ağ gəlinlik paltarı geyinən ulduz gecəyə öz sevdiyi ampluasına sadiq qalaraq "qara dul" obrazında təşfir buyurub. Belə ki, aktrisa qırmızı xalı üçün tünd göy və krujevalı ziyafət libası seçib. Lakin gözqamaşdırıcı brilyant qaşlı boyunbağı ilə tərzinə böyük bayram əhval-ruhiyyəsi əlavə edərək bütün diqqətləri öz üzərinə çəkə bilib. Onu da qeyd edək ki, bu yaxınlarda "Paris Match" jurnalına müsahibə verən ulduz çılpaq fotosessiya etdirib. Sentyabrın 30-da 52 yaşı tamam olacaq Belluççi jurnala verdiyi müsahibədə şəhvət və cinsəl arzuların yaşlandıqca yox olmadığını, əksinə yaşa dolduqca seksin daha gözəl olduğunu etiraf edib: "Gənc ikən seks tamamilə hormonlara bağlı olur. Ancaq yaş artdıqca məhəbbət və seks bir-biri ilə harmoniya yaradır, şəhvət və seks istəyi ön plana çıxarır. İnanın ki, seks yetkinlik yaşlarında daha gözəldir. Ancaq mən sevmədəyim adamla sekslə məşğul olmaqda xeyli çətinlik çəkirəm".