Gözəlliyi ilə bütün dünyanın heyranlığını qazanan və 51 yaşında olduğu halda cazibədarlığını qoruyan aktrisa Monika Belluççi gözəllik sirlərindən danışıb
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, günə soyuq duşla başladığını söyləyib. Soyuq duşun dərinin elastikliyini qoruduğunu deyən Monika üz dərisinin daha canlı görünməsi üçün təravətləndirici spreydən istifadə edir.
Makiyaj sirri:
Monikaya görə çox makiyaj qadını daha da çirkinləşdirir. Yüngül tonal krem, qəhvəyi və ya boz tonlarda göz kölgəsinin qadını gözəl etdiyini düşünən Belluççi dodaq boyası olaraq torpaq rənginə üstünlük verir.
Saça qulluq:
Monika saçı həftədə 2 dəfə şampunla yumağın kifayət etdiyini düşünür. Belluççinin fikrincə şampunlar kimyəvi tərkiblidir və az istifadə etməkdə fayda var. Saçları fenlə qurutmağın əleyhinə olan Monika saçlarının parlaq görünməsi üçün diblərinə zeytun yağı çəkir.
P.S.Kişili qadınlı hər kəsin vuruldugu qadın.....
AzerTaym.az