Nazpəri hədələdi: "Şəxsi həyatım HAQDA..."

AzerTaym.az-ın  axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "Lider maqazin"ə açıqlamasında deyib. 

Müğənni şəxsi həyatına müdaxilə edənlərə sərt cavab verib:
"Mənim şəxsi həyatım haqqında kimlərsə nəsə danışmaq istəyərsə, qarşılarında məni görəcəklər. Bu haqda danışmağa heç kimə icazə vermirəm".
 N.Dostəliyeva aparıcı Lamiyyə Ələkbərqızının verilişində mikrofonu atıb getməsinə münasibət bildirib:
"Yeni il verilişi idi, çox gözəl keçdi. Bir neçə dəfə canlı mahnı oxudum. Sonuncu ifadan sonra dedim ki, evdə məni gözləyən var getməliyəm. Amma Lamiyyə xanım icazə vermədi, mənə hörmət etdiyinə görə, yenə oxutdurdu. Sonda aparıcını öpdüm, bayramını təbrik edib qaçdım. Gərəksiz qalmaqal bizə aid deyil". 
Məsələ ilə bağlı L.Ələkbərqızı "Mən qalmaqal edənə oxşayıram? Nazpəri Dostəliyeva sənəti ilə sözünü deyən adamdır. Yenə də verilişlərimizdə onu gözləyirik" deyib.






Fikirlər