Şəhərin altında yaşayan 1 milyon insan - FOTO
Çinin paytaxtı Pekin dünyanın ən böyük şəhərlərindən biridir. Və bu şəhərin altında, yeraltı bunkerlərdə təqribən 1 milyon insan yaşayır.
1960-cı illərin sonu-1970-ci illərin əvvəllərində Çinin o dönəmdəki rəhbərliyi "soyuq savaş"ın nüvə müharibəsinə çevriləcəyindən qorxaraq Pekinin altında 10 minə yaxın bunker tikdirmişdi.
Həmin bunkerlərə lüzum qalmadı.
İndisə o bunkerlərdə miqrantlar və tələbəər məskunlaşıblar.
İtalyan fotoqraf Antonio Fassilonyo Pekindəki yeraltı bunkerləri dolaşaraq orada yaşayanların həyatlarının anlarını əks etdirib. (milli.az)