Azərbaycanlıların neçə faizi dindardır? - Beynəlxalq SORGU
Türkiyənin “Barem” araşdırma mərkəzi və “WİN Gallup İnternational” beynəlxalq sorğu şirkəti dünyanın müxtəlif ölkələrində 66 minə yaxın şəxsin rəyini öyrənib. Təşkilatçılar respondentlərdən dindar olub-olmadıqlarını soruşublar. Azərbaycan 67 ölkə arasında 53-cü sıradadır: sorğuya qatılan azərbaycanlı respondentlərin 35%-i dindar olduğunu bildirib. Sorğuya əsasən, ən dindar adamlar Tailandda yaşayır. Novator.az-ın məlumatına görə, bu ölkədə respondentlərin 98%-i dindar olduğunu bəyan edib. İkinci yerdə Nigeriya (97% özünü dindar sayır) gəlir. Hindistanda əhalinin 94%-i özünü dindar sayır. Pakistanda əhalinin 93%-i dindar olduğunu bildirib. Ermənistanın göstəricisi 92%-dir. İran 23-cü sırada yer alır: respondentlərin 77%-i dindar olduğunu bəyan edib. Türkiyəlilərin 74%-i özünü dindar sayır. Rusiyada özünü dindar hesab edənlər 61%, ABŞ-da 56%, Ukraynada 53%, Fransada 45%, İsraildə 39%, İspaniyada 37%-dir. Almaniyada əhalilin 34%-i, Böyük Britaniyada 27%-i, Yaponiyada 13%-i özünü dindar sayır. Sonuncu – 67-ci sırada Çin dayanır. Bu ölkədə respondentlərin 67%-i ateist olduğunu, 23%-i dindar olmadığını bildirib. Özünü dindar sayanlar 9%-dir. //Novator.az