63 min insanın öldüyü sirrli xəstəxana - FOTOLAR
ABŞ-ın Kentukki bölgəsində yerləşən "Waverly Hills" sanatoriyasında təxminən 63 minə yaxın insan həyatını itirib. "Qaynarinfo" "Haberler"ə istinadən xəbər verir ki, 1920-ci illərdə tikilən xəstəxana vərəm dispanseri kimi fəaliyyət göstərirdi. Çoxlu insanın vərəmdən və intihardan öldüyü xəstəxana 1961-ci ildə bağlanıb, 1962-ci ildən sonra isə ruhi dispanser kimi fəaliyyətini davam etdirib. 1982-ci ildə yenidən bağlanan xəstəxanada bu dövrdə də intiharlar davam edib.Qeyd edək ki, sonralar bu ərazidə insanlara işgəncə verilməsi, intihar həddinə çatdırmaq kimi ittihamlar irəli sürülsə də, təsdiqini tapmayıb.