İŞİD orqan ticarəti üçün xəstəxana açıb – DƏHŞƏT
İŞİD terror qruplaşması İraqın işğal etdiyi Mosul şəhərində xəstəxana açaraq orqan ticarətinə başlayıb. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Mosuldan qaçan Kürdüstan Demokratik Partiyasının (KDP) bölgə üzrə nümayəndəsi Səid Mamuzini bildirib. İŞİD-in orqanları kasıblardan alaraq zəngin insanlara satdığını söyləyən Mamuzini qeyd edib ki, girovlar orqanlarını verəcəyi halda azadlığa buraxılırlar. O, xəstəxananın 13 iyun 2015-ci il tarixində açıldığını bildirib. Xəstəxanaya isə İraqın keçmiş lideri Səddam Hüseynin adı verilib. İŞİD orqanları 4 milyon dinara aldığını deyən Mamuzinin sözlərinə görə, terror qruplaşması onları dəfələrlə baha qiymətə satır. Orqanlar İraq və Suriyanın müxtəlif bölgələrində satılır.